Paşinyanın arvadına pul hədiyyələri - Donorlar kimdir?

Paşinyanın arvadına pul hədiyyələri -
Nikol Paşinyanın arvadı Anna Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” fondunda anonim ianə köçürmələri artıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Erməni nəşri etibarlı mənbələrinə istiandla yazır ki, bu il fondun donorlarının bir çoxu müəyyən səbəblərdən yenidən kölgədə qalmağa üstünlük veriblər.2021-2022-ci illərdə iki anonim valyuta köçürməsi olub: birdəfəlik 300 min və 5 min dollar. Ümumən fonda 9 anonim şəxs pul köçürüb: 109 milyon 636 min 468 dram (280 milyon dollar).

"Hakim “Vətəndaş müqaviləsi”nin deputatları Lena Nazaryan və Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan anonim məbləğləri köçürən şəxslərin kim olduğunu öyrənmək üçün illər əvvəl “Yerevan” Fondunu məhkəməyə vermişdilər. Bu gün vəziyyət dəyişib və Baş nazirin xanımının fonduna on minlərlə dollar məbləğində anonim köçürmələrdə onlar qəbahət görmürlər", - deyə "Joqovurd" qeyd edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
395 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...