Qırğızıstanda separatçıların ölkəmizə qarşı təxribatının qarşısı alındı

Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Kino evi erməni separatçıların ideyalarını təbliğ edən filmin nümayişini ləğv edib.

Gundeminfo.az Oxu.az-a istinadla xəbər verir ki, buna səbəb Bişkekdəki Azərbaycan diasporu nümayəndələrinin etirazları olub.

Belə ki, Bişkekdə fəaliyyət göstərən “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov və “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev Kino evinin direktoru Gülmira Kərimova ilə əlaqə saxlayaraq sözügedən filmin mahiyyətini izah edib və ləğv olunmasını tələb ediblər.

Bundan sonra Kyrgyzcinema.com saytında yerləşdirilən müvafiq elan silinib, filmin nümayişinin isə dayandırıldığı qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1792 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...