2 dəfə seçkini boykot edən partiya bağlanmayacaq - qanun layihəsi dəyişdi

2 dəfə seçkini boykot edən partiya bağlanmayacaq -
Azərbaycanda seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyaların ləğv edilməsinə dair tələb aradan qaldırılır.

GUNDEMİNFO.AZ-ın "Report"a istinadən xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksni tapıb.

Layihədə bununla bağlı müddəa əksini tapmayıb.

Qanun layihəsinin ilkin versiyasında qeyd edilmişdi ki, Milli Məclisin deputatlarının, Azərbaycan Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıra bilərdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...