İstanbulda terror aktı törədən qadın əmri kimdən aldığını açıqladı

İstanbulda terror aktı törədən qadın əmri kimdən aldığını açıqladı
İstanbulda İstiklal küçəsində bomba partladan Əhlam Əlbəşir polisə verdiyi ilk ifadəsində bombalamanın əmrini 'Hacı' kod adlı terrorçunun verdiyini açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, PKK/YPG düşərgələrindən gəldiyini deyib:
“Mən skamyada oturarkən şəklimi başqa bir təşkilat üzvü çəkdi. “Hacı” kod adlı terrorçu camaata baxaraq partlatmağı əmr etdi”.
Qeyd edək ki, bazar günü Suriya əsilli terrorçusu Əhlam Əlbəşir İstanbulda terror aktı törədib. Onun partlatdığı bomba 6 nəfərin ölümünə, 81 nəfərin yaralanmasına səbəb olub.
Hadisədən sonra Əlbəşir və hücumçunun əlaqə saxladığı və partlayışla əlaqəsi olduğu düşünülən daha 50 nəfər saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
350 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...