Sahil Babayev niyə uşaq pulu verilmədiyinə aydınlıq gətirib

Sahil Babayev niyə uşaq pulu verilmədiyinə aydınlıq gətirib
“Uşaq pulu ilə bağlı dəfələrlə açıqlama vermişəm, bu gün də bildirirəm ki, Azərbaycanda 600 min həssas uşağa yardım edilir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

“Həmin həssas uşaqlar ünvanlı sosial yardım, əlilliyə görə vəsait alır və s. Bəli, həssas kateqoriyadan olan uşaqlara yardım edilməlidir və dövlətimiz o yardımı edir. Sosial yardım ünvanlı olmalıdır, nəinki ümumi”, – deyə nazir bildirib. (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
400 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...