Əli Məsimli: "İnvestorların qeyri-neft sektoruna gəlməyə marağı yoxdur"

Əli Məsimli: "İnvestorların qeyri-neft sektoruna gəlməyə marağı yoxdur"
"Azərbaycanın neft sektorundan fərqli olaraq investorların qeyri-neft sektoruna gəlməyə marağı yoxdur".

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

“Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanunla investorlar neftdənkənar sektora cəlb edilə bilər. Dünya təcrübəsindən, xüsusilə Türkiyənin təcrübəsindən istifadə edilməsi yaxşı haldır, amma bu qanunda MDB ölkələrinin təcrübəsindəki çatışmazlıqlar nə dərəcədə nəzərə alınıb? Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatası bir sıra qanunları sürətlə parlamentdən keçirdi, amma heç biri işləmədi. Ona görə də qanun geniş müzakirə edilməlidir ki, idarə-qurum maraqlarına xidmət etməsin, sektorun inkişafına səbəb olsun", - o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...