Erkin Qədirli: “Əlim cibimdə olduğuna görə məni tərbiyəsiz adlandıranlar da oldu”

Erkin Qədirli: “Əlim cibimdə olduğuna görə məni tərbiyəsiz adlandıranlar da oldu”
“Bədən dilinə önəm vermirəm. AŞPA-nın iclasında əli cibində çıxış etmək düşünülmüş və ya məqsədli deyildi. Bu, vərdişdir. Əksər hallarda əli cibində gəzirəm. Universitetdə mühazirədə də əlim cibimdə olur. Bəlkə də yaxşı vərdiş deyil, kənardan estetik görünmür”.

GUNDEMİNFO.AZ-ın xəbərinə görə, bunu REAL Partiyanın funksioneri, deputat Erkin Qədirli İctimai televiziyada “Dadaş Dadaşlinski”yə müsahibəsində bildirib.

“Tənqid bunun üzərində qurulsaydı, anlayaradım. Amma qınayanlar arasında məni tərbiyəsiz adlandıranlar da oldu. Uzun illərdir, əlim cibimdə olur. Məsələnin üzücü tərəfi odur ki, sənin dediklərin kənarda qalır, əlinin cibində olması müzakirə edilir”, - E.Qədirli qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...