Son sutkada 140 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Son sutkada 140 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gundeminfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 820 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 933 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 158 aktiv xəstə var. Bu günə qədər 9 907 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 320, bu günə qədər isə ümumilikdə 7 242 057 test icra olunub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
123 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...