Almaniyada iki azərbaycanlıya yüksək vəzifə verildi

Almaniyada iki azərbaycanlıya yüksək vəzifə verildi

Almaniyada Azərbaycan diasporunun iki üzvü yerli dövlət orqanlarında yüksək vəzifəyə təyin olunub.

APA-nın məlumatına görə, diasporun fəal üzvlərindən Könül İbrahimova Vinzen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsinin rəisi, Müşfiq Sultanov isə Oyskirxen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsi rəisinin birinci müavini vəzifələrinə təyinat alıblar. M. Sultanov eyni zamanda bu ilin sonunda Almaniyanın Şimal Rayn-Vestalia torpağının parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcək. Artıq onun namizədliyi qeydə alınıb.

Almaniya Sosial Demokratlar Partiyasından namizədliyi irəli sürülən M. Sultanov bildirib ki, burada seçkilərin mərhələli şəkildə həyata keçirilir: “Əvvəlcə ümumi torpağın daxilində şəhər, daha sonra bölgə, son olaraq, ümumi torpaq üzrə seçki keçiriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...