Türk ordusu 32 PKK-çını məhv etdi - Son dəqiqə

Türk ordusu 32 PKK-çını məhv etdi -


Hüquq mühafizə orqanlarının Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda keçirdiyi əməliyyatlarda PKK terror təşkilatının 32 üzvü öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Daxili İşlər naziri Səlami Altınok deyib. O, əməliyyatlar zamanı 800 kq bombanı məhv etdiklərini bildirib. Səlami Altınok əməliyyatların hələ bir müddət davam edəcəyini açıqlayıb.

Sentyabrın 4-dən bu yana Cizrədə küçəyə çıxmaq qadağan edilib. Dünəndən etibarən isə Xalqların Demokratik Partiyasının (HDP) rəhbərliyi vəziyyətlə yaxından tanış olmaq üçün sözügedən rayona getməyə çalışır, lakin hüquq mühafizə orqanları qadağanı əsas gətirərək onları bölgəyə buraxmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...