Azərbaycanlı avtoritetlər müxalifətçini aradan götürmək istəyiblər - generalın sifarişi...
Hələ ötən ilin yanvarında belə xəbərlər yayıldı ki, iki azərbaycanlı kriminal avtoritet Polad Ömərov və Rafet Əmirov ABŞ-ın sorğusu əsasında Çexiyada həbs ediliblər.
Rusiya mənbələri bildirirdi ki, Rafet Əmirovu 2010-cu ildən Moskvada 32 yaşlı Əli Babayevin qətlinə görə də axtarışda imiş. Hər iki kriminalı ABŞ-ın İnterpol xətti ilə axtarışa verməsinin səbəbi isə əsl sensasiya yaratdı.
Bəlli oldu ki, Amerika Rafet Əmirovu və Polad Ömərovu SEPAH-ın sifarişi ilə ABŞ-da yaşayan iranlı müxalifətçinin öldürülməsini təşkil etməkdə ittiham edir.
Oktyabrın 21-də isə ABŞ-da federal prokurorlar SEPAH generalı Ruhullah Bəzəndiyə qarşı iranlı dissident jurnalist Məsih Əlinejadın qətlini təşkil etməyə cəhddə görə rəsmi ittiham irəli sürüblər. İttihama görə, həbsdə olan Azərbaycan vətəndaşı Xalid Mehdiyevin də daxil olduğu cinayətkar qrup Bəzəndidən iranlı jurnalisti öldürmək sifarişi alıb.
2022-ci ilin iyulunda ABŞ Federal Təhqiqatlar Bürosu İran rejimini açıq şəkildə tənqid edən dissidentə qarşı sui-qəsd planının qarşısını alıb, 25 yaşlı Azərbaycan vətəndaşı Xalid Mehdiyev Əlinejadın Bruklindəki evinin yaxınlığında onun gizli müşahidə apardığı üçün saxlanılıb. İranlı dissidentin evi yaxınlığında tutulan Mehdiyevin icarəyə götürdüyü avtomobildən odlu silah tapılıb.
Mehdiyevin həbsindən sonra FTB sui-qəsdin daha iki iştirakçısının, o cümlədən Rafət Əmirov və Polad Ömərovun izinə düşüb. İddia olunur ki, onlar Şərqi Avropada fəaliyyət göstərən cinayətkar qruplaşmanın üzvləri olub. Haqqın.az yazır ki, onların ekstradisiyası üçün FTB-nin direktoru Kristofer Rey şəxsən Çexiyaya gedibmiş.
Bəlli olub ki, sui-qəsdin digər iştirakçısı, Gürcüstan vətəndaşı Zeylat Məmmədov hazırda Tiflisdə həbsdədir, onun da ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmə qərarı gözlənir.
Məhkəmə sənədlərinə görə, sifarişli qətlə o zaman İranda yaşayan Əmirov rəhbərlik edib. O, Ömərov, Məmmədov və Mehdiyevlə yaxın təmasda olaraq qətli hazırlamağa başlayıb. Prokurorlar bildiriblər ki, dəstə üzvləri hansısa bəhanə ilə Alinejadı Bruklindəki evinin yaxınlığındakı kiçik bağçaya cəlb edib orada öldürməyi planlaşdırıblar. Öldürülməsi planlaşdırılan Məsih Əlinejad uzun müddətdir ki, İranda insan haqlarının vəziyyəti ilə bağlı dünyada fəal mübariz kimi tanınır.
Sifarişçi Ruhullah Bazqandiyə gəlincə, Bruklin federal məhkəməsinin ittiham aktına əsasən, o, əvvəllər briqada generalı rütbəsi ilə SEPAH-ın əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsində çalışıb.
Polad Ömərovun mərhum “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) qan qohumu olduğu deyilir. Qulinin sağlığında Polad onun yaxın çevrəsinə daxil olmasa da, qətlindən sonra Polad “qanun oğru”nun qardaşı Namiq Səlifovla həddindən artıq yaxınlaşıbmış. Polad da Qulinin qətlində əli olan hər kəsi cəzalandıracağına söz verib. Polad Ömərovun tərcümeyi-halı “zəngindir”. Lakin “qanuni oğru” adı almayıb.
Rafet Əmirov isə əslən Şirvandandır, “Əlibayramlınski” ləqəbi ilə tanınır. Onun qardaşı da kriminal dairələrdə tanınmış avtoritetdir.
"Yeni Müsavat"
302 dəfə oxundu