Yolu kəsərək tıxac yaradan iki nəfər həbs edildi

Yolu kəsərək tıxac yaradan iki nəfər həbs edildi
Oktyabrın 22-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yolu kəsən şəxslər həbs ediliblər. "Qafqazinfo" xəbər verir ki, qəsəbə sakinləri olan 1991-ci il təvəllüdlü M.Hüseynov və T.Məmmədli (şərti ad və soyad) inzibati məsuliyyətə cəlb olunublar.

Belə ki, həmin şəxslər evlərinə yağış sularının ziyan vurduğunu bildirərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsiblər və asfalt yolda olan kanalizasiya quyusunun qapağını açıblar. Təxminən 5 dəqiqə ərzində nəqliyyatın hərəkətinin intensiv olduğu yolda tıxac yaranıb və əraziyə polislər gəliblər.

Yolu kəsən şəxslər saxlanılıblar və barələrində protokol tərtib edilib.

Xəzər Rayon Məhkəməsi hər iki şəxsi İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıqda təqsirli bilib. Onlara 7 sutka həbs cəzası verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...