Balababa Rzayev buna görə də məsuliyyət daşıyır - 224 milyon manatlıq elektrik enerjisi yoxa çıxıb

Balababa Rzayev buna görə də məsuliyyət daşıyır -
Ötən il Azərbaycanda 2 milyard 238 milyon kVt-saat elektrik enerjisi itkiyə gedib.

Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisdə itkiyə gedən elektrik enerjisinin həcmi 2,3% və ya 52,4 milyon kub metr artıb.

Belə ki, 2022-ci il ərzində 2 milyard 185,6 milyon kVt-saat elektrik enerjisi itkiyə gedib.

Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir.

Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.

İtkiyə gedən elektrik enerjisi dəyərini daxili bazardakı qiymət ilə (10 qəpik) hesablasaq, o zaman itkiyə gedən elektrik enerjisi 223,8 milyon manata bərabər olacaq.
Açıqlanan məlumatlar göstərir ki, son 4 ildə itkiyə gedən elektrik enerjisinin həcmi davamlı olaraq artır:

2020-ci ildə - 2 042,2 milyon kVt-saat
2021-ci ildə - 2 146,9 milyon kVt-saat
2022-ci ildə - 2 185,6 milyon kVt-saat
2023-cü ildə - 2 238 milyon kVt-saat


Məlumat üçün onu da bildirək ki, bu ilin oktyabr ayının 5-də Baş nazir Əli Əsədov “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevə şiddətli töhmət verib. “Azərenerji” prezidentinə töhmət verilməsinin səbəbi 2024-cü il üzrə təsdiq edilən yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...