Eldar Əzizov Səbail İcra Hakimiyyətində müşavirə keçirdi

Eldar Əzizov Səbail İcra Hakimiyyətində müşavirə keçirdi


Bəzi şəhər və rayonlarda icra başçıları ilə bağlı son dəyişikliklərdən sonra gözlər həmin inzibati ərazi dairələrinə yönəlib: yeni icra başçıları hansı islahalatlar aparacaq, əvvəlki icra başçısının vaxtında başlanan hansı işləri dayandıracaq, köhnə komandadan kimlər çıxdaş ediləcək...

Səbail rayon İcra Hakimiyyətində də yeni başçı Eldar Əzizovun hansı dəyişikliklərə gedəcəyini gözləyənlər çoxdur. İstisna olunmur ki, Eldar Əzizov eks-icra başçısı Asif Əsgərovun hansısa kadrları ilə işləməkdən imtina edəcək. Səbail rayon İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov artıq müşavirə keçirib və üstüörtülü şəkildə komandada dəyişiklik ediləcəyinə işarə vurub.

İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri İsrafil Kərimov yeni başçının kollektivlə görüşdüyünü və geniş müşavirə keçirdiyini təsdiqləyib. “Bəli, icra başçısı belə müşavirə keçirib, amma hansısa ciddi yoxdur. Yeni icra başçısı müşavirə keçirib, rayon idarələrinin rəhbərləri ilə görüşüb, tapşırıqlar verib. Əlavə məlumat vermək hələ tezdir” deyə İ.Kərimov bildirib. Eldar Əzizov bir neçə gün öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. (modern.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1098 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...