Daha bir ağır yol qəzası VİDEO
Hadisələrdən biri piyadanın vurulması ilə nəticələnib.
Gəncədə 23 yaşlı piyadanı maşın vurub. Hadisə ötən axşam şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Şəhər sakini 23 yaşlı Təbriz İsmayılovu naməlum avtomobil vuraraq ağır xəsarətlər yetirib. Yaralı dərhal Gəncə şəhər TTYX-yə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
Daha bir yol nəqliyyat hadisəsi Goranboy rayonunda baş verib. Qəza bu gün səhər saatlarında rayonun Borsunlu kəndi ərazisindən keçən magistral yolda qeydə alınıb. Nəticədə rayon sakinləri 84 yaşlı Ələsgər Həsənov və onun qızı 53 yaşlı Azadə Həsənova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər TTYX-yə çatdırılıblar. Hər iki yaralıya ilkin tibbi yardım göstərilib.
Gəncədə gecə saatlarında baş verən avtoqəzada isə bir nəfər xəsarət alıb. Gəncə şəhər sakini 63 yaşlı Nuriyyə Əhmədova baş və alın nahiyyəsinin müxtəlif xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
Bütün faktlarla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. (Region TV)
1148 dəfə oxundu