Jurnalistlərin yeni binası gələn ilə qaldı

Jurnalistlərin yeni binası gələn ilə qaldı

“Jurnalistlər üçün tikilən binanın təhvil verilməsi növbəti il üçün nəzərdə tutulur”. Bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli musavat.com-a açıqlamasında bildirib. V.Səfərli vurğulayıb ki, hazırda tikinti işləri davam edir: “Jurnalistlər üçün tikilən binada işlər dayandırılmayıb, davam edir. Ancaq onu demək çətindir ki, bina bu ilin sonuna qədər təhvil veriləcək ya yox... İş gedir. Binanın təhvil verilməsi növbəti il üçün nəzərdə tutulur. Biz istəyirdik ki, ilin sonuna qədər yekunlaşsın, görək necə olacaq”. Yeni tikilən bina 17 mərtəbədən, 3 blokdan, 255 mənzildən ibarət olacaq. Xatırladaq ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. 2013-cü il iyulun 22-də jurnalistlər üçün Bakının Bibiheybət qəsəbəsində tikilmiş çoxmərtəbəli bina istifadəyə verilib. Ümumilikdə 156 Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndəsi mənzillə təmin olunublar. Elə həmin gün növbəti binanın təməli qoyulub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...