Azərbaycan Universitetinin rektoru istefa verdi - yerinə isə gənc xanım gəldi

Azərbaycan Universitetinin rektoru istefa verdi -


Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov vəzifəsindən azad edilib.

Universitetdən Modern.az-a verilən məlumata görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub. Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib. Səadət Əliyeva uzun illər Universitetdə çalışıb, təcrübəli pedaqoqdur.

Yeni rektor artıq kollektivə təqdim olunub. Təqdimatda Universitetin kollektivi adından Fərid Əhmədova göstərdiyi fəaliyyətə və xidmətlərə görə təşəkkür edilib və yeni təyin olunan rektora uğurlar arzulanıb. Ölkədə özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universiteti 1991-ci ildə təsis olunub və aradan keçən 26 il ərzində böyük inkişaf yolu keçib. Universitetin öncəliyi qabaqcıl təcrübədən istifadə olunmaqla modern dünyanın tələbləri ilə səsləşən və ölkənin dinamik inkişafına cavab verən kadr hazırlığının həyata keçirilməsidir. Universitetdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır. Təhsil sahəsində 6 beynəlxalq təşkilatın üzvü, bir sıra TEMPUS layihələrinin, “Mövlanə”, “Erasmus+” kimi mübadilə proqramlarının tərəfdaşı olan Azərbaycan Universiteti Avropa və Türkiyənin ən qabaqcıl universitetləri ilə əməkdaşlıq edir və kredit mobilliyini həyata keçirir. Təhsil sahəsində yeni yüksək hədəflərə fokuslanan Azərbaycan Universiteti yeni dəyişikliklərlə qarşıdakı dövrdə də milli təhsilin inkişafına öz töhfələrini verməkdə davam edəcəkdir.


Azərbaycan Universitetinin rektoru istefa verdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1458 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...