"Azəriqaz": Ötən il 2,6 mln. manatlıq qaz itirilib

"Azəriqaz": Ötən il 2,6 mln. manatlıq qaz itirilib


Ötən il ərzində "Azəriqaz" İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq "qüsur aktı" tərtib olunub. "APA-Economics" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, 2016-cı il ərzində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilir: "Bunun nəticəsidir ki, ötən il ərzində Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 manat dəyərində dəymiş ziyan hesablanıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
601 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...