Bakıda hərbçi qadından ibrətamiz addım

Bakıda hərbçi qadından ibrətamiz addım


Azərbaycan Beynəlxalq Bankının müştərisi Yetər Əzizova nümunəvi addım atıb.

Fevralın 4-də o, Fəvvarələr Meydanındakı bankomatlardan birindən pul çıxarmaq istəyib. Kartı bankomata daxil edəndə kiminsə öz pulunu burada unutduğunu görüb.

Başqa əllərə keçməsin deyə onu özündə saxlayıb. Qadın bankın müştəri xidmətini bu barədə məlumatlandırıb. Vəsaitin Nurlan adlı müştəriyə məxsus olduğu aydınlaşanda Baş ofisə gələrək 35 manat vəsaiti sahibinə çatdırmaq üçün təhvil verib.

Bank qeyd edir ki, Yetər Əzizova ehtiyatda olan hərbçidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...