Manat sürətlə bahalaşır - Blumberq

Manat sürətlə bahalaşır -


Ötən həftədən etibarən Blumberq​ terminalı üzərindən manat dollar qarşısında bahalaşmağa başlayıb.

Fins.az xəbər verir ki, yanvar ayının sonundan etibarən manat dollara qarşı 0,1% möhkəmlənmişdi. Mərkəzi Bankın dolları ucuzlaşdırmasından sonra Blumberq üzərindən manatın bahalaşma dinamikası daha da yüksəlib.

Bu gün dolların manat qarşısında məzənnəsi 1.8856 manat müəyyən edilib. Bu, ötən həftənin sonu məzənnə ilə müqayisədə manatın 2.7% bahalaşması deməkdir. Qeyd edək ki, ötən cümə dollar günü 1.9367 kursu ilə başa vurmuşdu.

Xatırladaq ki, Blumberq banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...