Bakıda qəbiristanlıqdan sinə daşı oğurlanıb, meyitin üstü açıq qalıb

Bakıda qəbiristanlıqdan sinə daşı oğurlanıb,


Bakıda "Yasamal qəbirstanlığı" kimi tanınan ərazidən qranitdən olan sinə daşı oğurlanıb. "Report"un xəbərinə görə, hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında qeydə alınıb. Hadisə barədə Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edən 1993-cü il təvəllüdlü Namiq Əliyev məlumat verib. Hadisənin qeydə alındığı "Yasamal qəbirstanlığı" kimi tanınan əraziyə Yasamal RPİ-nin əməkdaşları baxış keçirib. Müəyyən olunub ki, N.Əliyevin mərhum qohumunun qəbirinin qırmızı qranitdən olan sinə daşı oğurlanıb. Nəticədə meyitin üstü açıq qalıb. Bununla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...