Bağlanan 10 bankın əmanətçilərinə 691 mln. manat kompensasiya ödənilib

Bağlanan 10 bankın əmanətçilərinə 691 mln. manat kompensasiya ödənilib


Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Bağlanan 10 bankın əmanətçilərinə 691 mln. manat kompensasiya ödənilib

Fonddan "APA-Economics"ə verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 786 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 256 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 5 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 70 min manatdan artıq kompensasiya verilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 193 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16,073 mln. manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 147 min manat, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 975 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 80 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 204 min manatdan artıq kompensasi
a ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 404 mln. 535 min manat artıq kompensasiya ödənişi baş tutub.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 690 mln. 885 min manatdan artıq kompensasiya ödənilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...