İntizam Komitəsi bir-birini söyən futbolçuları cəzalandırdı

İntizam Komitəsi bir-birini söyən futbolçuları cəzalandırdı


Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. GUNDEMINFO.AZ apasport.az-a istinadən xəbər verir ki, toplantıda I divizonun XI turunda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.

"Şərurspor" - "Şahdağ" matçının 90+2-ci dəqiqəsində hər iki komandanın oyunçuları arasında qarşıdurma yaranıb. Bir-birilərini təhqir etdikləri üçün birbaşa qırmızı vərəqə alan qonaqlardan Ramin Mansurovla ev sahiblərinin üzvü Musa Rəhimov İK tərəfindən 3 oyunluq cəzaya məruz qalıblar. Bundan əlavə, hər iki klub 160 manat cərimə olunub.

Qeyd edək ki, görüş "Şərurspor"un 3:1 hesablı qələbəsi ilə nəticələnib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...