Bakıda hansı ərazilərə giriş qadağan oluna bilər?
Dünyanın inkişaf etmiş ölkələrində, Avropa və Amerikada bir sıra şəhərlərin bəzi əraziləri tarixi və ya ekoloji zona elan olunur və həmin əraziyə yanacaqla işləyən nəqliyyat vasitələrinin girişinə qadağa qoyulur. Bu, bəzən turizm, bəzən isə sırf ekoloji təhlükəsizlik məqsədilə edilir. Təcrübə göstərir ki, bu üsul xeyli səmərəlidir və bundan həm dövlət, həm də insanlar faydalanırlar. Bəs Azərbaycanda, xüsusən Bakıda necə, bəzi ərazilərdə nəqliyyatın hərəkətinə qadağa qoymaq olarmı və bunu hansı ərazilərdə etmək mümkündür?a
Avropa.info xəbər verir ki, bununla bağlı Milli.az-ın sualını cavablandıran yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun fikrincə, Azərbaycanda, Bakıda belə bir təcrübəni həyata keçirmək çox qəliz məsələdir:
“Bununla bağlı qanun qəbul etmək asandır. Tutaq ki, Milli Məclis və Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qanun və ya qərar etdi ki, şəhərin filan küçə və prospektlərinə avtomobillərin girişi qadağan olunsun, yaxud yalnız velosiped, elektromobillərlə, yaxud yalnız ictimai nəqliyyatla hərəkət etmək mümkün olsun. Görün ondan sonra nələr olacaq. Əvvəla, həmin ərazidə yaşayanlar, daha sonra obyektləri olanlar üsyan etməyə başlayacaqlar. Sonra digərləri deyəcəklər ki, niyə filankəs oraya girə bilir, mən isə yox?”
Ona görə də ekspert hesab edir ki, əvvəlcə cəmiyyətin mədəni səviyyəsi yüksəlməli, ictimaiyyət buna hazır olmalıdır: “Belə məsələlər əvvəlcə şüurda, təfəkkürdə oturuşmalıdır. Əvvəlcə buna zəmin olmalıdır, sonra müvafiq qərar qəbul edilib icra edilməlidir. Şəxsən mən belə hesab edirəm ki, bizim cəmiyyət, konkret Bakı şəhəri buna hələ hazır deyil. Əgər belə qərarlar düşünülməmiş verilsə, onun fəsadları olacaq. Çünki girişin qadağan edilməsi ilə yanaşı, onun pozulmasına görə cərimələr də tətbiq olunacaq. Bu da əlavə qıcıq, mübahisələr, hətta sosial gərginlik yarada bilər”.
Bununla yanaşı, Ə.Hüseynovun fikrincə, birdən-birə olmasa da, mərhələli şəkildə nəqliyyata qapalı ərazilər yaratmaq olar: “Buna tədricən getmək olar. Məsələn, Bakıda artıq uzun illərdir ki, hamının “Torqovaya” kimi tanıdığı yolda, Nizami küçəsinin bir hissəsində avtomobillərin hərəkəti qadağan edilib. Bu yalnız bir küçədə belədir. Ona görə də daha 3-4 küçədə bunu yoxlamaq olar ki, görək alınacaq, ya yox. Avropada da belə ediblər. Əvvəlcə 1, sonra 2-3 küçədə ediblər. Sonra görüblər ki, müvafiq infrastruktur – tramvay, trolleybus, elektromobillər var, sonra ərazini genişləndiriblər. Bizdə hələ belə infrastrukturu olan yer gözə dəymir”.
862 dəfə oxundu