Dollar 9 aylıq maksimumu yeniləyib

Dollar 9 aylıq maksimumu yeniləyib


Bugünkü ticarət sessiyasında dolların indeksi 9 aylıq maksimumu yeniləyib. Buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasıdır. Dolların indeksi 0,44% möhkəmlənərək 99,5 səviyyəsinədək yüksəlib. Bunadək isə ABŞ-ın milli valyutasının indeksi yanvarın 29-dan etibarən ən yüksək göstərici hesab olunan 99,68 səviyyəsinədək irəliləməyi bacarıb.

Dolları bahalaşdıran əsas amillərdən biri də odur ki, investorlar ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın administrasiyasından inflyasiyanın yüksəldilməsi istiqamətində zəruri addımların atılacağını gözləyir. Bu gözləntilər ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyini 2,2% artıraraq 10 aylıq maksimum səviyyəyə çatdırıb.

Dollar Yaponiya yeninə qarşı 0,8% bahalaşaraq 107,56 səviyyəsində qərarlaşıb. Halbuki, bundan öncə dollar 107,595 yenə qədər bahalaşmışdı ki, bu da iyunun 7-dən etibarən maksimumdur. Avro 0,52% ucuzlaşaraq 1,0794 dollaradək geriləyib. Bundan öncə Avrozonanın vahid valyutasının dollara qarşı məzənnəsi hətta 1,0773 səviyyəsinədək enib ki, bu da yanvarın əvvəlindən minimal göstəricidir. Funt sterlinq isə 0,3% ucuzlaşaraq 1,2559 dollara çatıb. (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
933 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...