Gəncə ziyalılarından Aydın Abbasova etiraz

Gəncə ziyalılarından Aydın Abbasova etiraz


Gəncənin bir qrup ziyalısı Gürcüstan Respublikasının Gelati monastırında saxlanılan Gəncə qapısı ilə bağlı mediada gedən məlumata münasibət bildirib.

AzVision.az ziyalıların adından yayılan açıqlamanı təqdim edir:

-Qədim və zəngin tarixə malik olan Gəncə şəhəri uzun əsrlər boyu dağıdıcı təbii fəlakətlər və yadelli işğalçıların basqınları nəticəsində ən azı 5 dəfə yerini dəyişmişdir. Hər dəfə bu yerdəişmələr olarkən şəhər öz qədim tarixini saxlamaq və qorumaq məqsədilə yeni qalalar, bürclər, müdafiə sistemləri, istehkamlarla əhatələndirilmişdir.

Tarixi mənbələrdən və elmi əsərlərdəki faktlar göstərir ki, artıq orta əsrlər dövründə Gəncə böyük paytaxt şəhərinə çevrilmiş və onun müxtəlif istiqamətlərdə beş giriş darvazaları olmuşdur. Bunlar Babül-əl Məqbərə, Babül-əl Bərdə, Babül-əl Qarabağ, Babül-əl Gülüstan və Babül-əl Tiflis darvazaları olmuşdur.

O dövrdə 100-dən artıq məhəllələrin olduğu Gəncə şəhərində hər bir məhəllənin özünəməxsus qapıları mövcud olmuşdur. 1139-cu ildə 9 bal gücündə baş vermiş dəhşətli zəlzələdən sonra 300 mindən artıq insanın həlak olduğu şəhərdən gürcü çarı I Demetre tərəfindən kiçik məhəllə qapılarından bir cütü Gürcüstanın Gelati monastırına aparılmışdır.

Bu qapının üzərində ərəbcə yazılmış məlumata görə o Şəddadi hökmüdarı əl-Fəzlinin Əbül Əfşar Şavurun zamanında (1048-1066) onun tapşırığı ilə dəmirçi İbrahim Osmanoğlu tərəfindən 1063-cü ildə hazırlanmışdır. Bu gün inkişaf edən qədim şəhərimizin tarixini bərpa və təbliğ etmək məqsədilə yeni muzeylər inşa edilir və onlar maddi mədəniyyət abidələrinin nümunələri ilə zənginləşdirilir ki, bu da Gəncənin, ümumən Azərbaycanımızın qədim tarixinin dünya xalqlarına çatdırılmasında mühüm rol oynayır.

Öz qədimliyini qorumaqla müasirləşən şəhərimizdə ölkə rəhbərliyinin qayğısı və əvəzedilməz köməkliyi sayəsində əzəmətli Heydər Əliyev Park-Kompleksi, Nizami Gəncəvi məqbərəsi və Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, “İmamzadə” dini mədəniyyət kompleksi və Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzey Abidə Kompleksi kimi möhtəşəm mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Tarixi mənbələr əsasında yaradılan bu cür mədəniyyət mərkəzləri Gəncə şəhərinin qədim tarixi köklərinin sübuta yetirilməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında çox böyük əhəmiyyət kəsb edir.

Əfsuslar olsun keçmiş deputat Aydın Abbasov uzun illər səlahiyyət sahibi olmasına baxmayaraq Gəncə şəhərinin milli mənəvi dəyərlərinin qorunmasında heç bir xidməti olmadığı halda bu gün, nəyə görəsə Gürcüstan Respublikasının Gelati monastırında saxlanılan məşhur Gəncə məhəllə qapısının geri alınması üçün “canfəşanlıq” edir.

Genində düşmən qanı olan birisinin milli mənəvi dəyərlərdən ürək yanğısı ilə danışması absurddur. Azərbaycanın çörəyini yeyib sonradan Azərbaycana qarşı işləyən bu insanların yenidən xalqımızın həssas yanaşdığı məsələlərə münasibət bildirməklə gündəmə gəlmək istəmələri bizə məlum olmayan yeni məkrli planların başlanğıcı ola bilər. Yaxşı olar ki, Aydın Abbasov iki qonşu və qardaş respublikanın münasibətlərinin korlanmasına çalışmaqdansa, öz erməni nənəsinin qohumları ilə birlikdə biznesiləri ilə məşğul olsun və millətimizin hisləri ilə oynamasın.

Gəncə ziyalıları adından:

1. Əliyev Fuad, AMEA-nın həqiqi üzvü, akademik
2. Cəfərov İbrahim, professor, AMEA-nın müxbir üzvü
3. Yusibov Yusif, professor
4. Süleymanov Akif, professor
5. Qurbanov Xalid, professor
6. Fətəliyev Kamil, professor
7. Məmmədov Əlikram, professor
8. Həsənov Zaur, professor
9. Sadıqov Həsənbala, professor
10. Yusifli Xəlil, professor
11. Yusifov Mübariz, professor
12. Cəfərov Məntiq, professor
13. Nəbiyev Əhəd, professor
14. Rzayev Mehman, əməkdar həkim
15. Zeynalov Fəxrəddin, fəlsəfə doktoru
16. Həşimova Şahnaz, xalq artisti
17. Verdiyev Fikrət, xalq artisti
18. Şərifov Şərif, əməkdar rəssam
19. Gülsüm Fətəliyeva, professor
20. Gülçin Mirzəyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru`



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1223 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...