Azərbaycandan xaricə dəri aparmaq çətinləşdi - GÖMRÜK RÜSUMU ARTITILDI

Azərbaycandan xaricə dəri aparmaq çətinləşdi -


Azərbaycanda yüngül sənayenin inkişafı məqsədi ilə bu gündən ölkədən dəri ixracı yüksək gömrük rüsumuna cəlb olunacaq. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 2001-ci il 12 aprel tarixli qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.

Nazirlər Kabineti “Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə yeni mal mövqeyi əlavə edib. İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının dəriləri (təzə və ya duzlu, qurudulmuş, küllənmiş, pikellənmiş və ya digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), tükörtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş halda Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 500 dollar ixrac gömrük rüsumu alınacaq.

Emal edilməmiş qoyun və ya quzu dəriləri (təzə və ya duzlu, quru, küllənmiş, pikellənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), yunörtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş halda Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 500 dollar ixrac gömrük rüsumu tətbiq olunacaq. İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) gönündən aşılanmış dəri və ya krast və ya atlar fəsiləsi heyvanlarının, tükörtüyü olmayan önlərindən hazırlanan, ikilənmiş və ya ikilənməmiş və sonradan emal edilməmiş, nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla) Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 350 dollar ixrac gömrük rüsumu tətbiq ediləcək.

Qoyun və ya quzu gönündən aşılanmış dəri və ya krast, yunörtüyü olmayan, ikilənmiş və ya ikilənməmiş, lakin sonradan emal olunmamış, o cümlədən nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla) Azərbaycandan ixrac edilən zaman isə hər 1000 kq dəri üçün 150 dollar ixrac gömrük rüsumu alınacaq.

Bu gündən qüvvəyə minən qərar 5 il müddətində qüvvədə olacaq.

Qeyd edək ki, Azərbaycanda xəz dəri emalı müəssisəsinin olmadığı üçün sahibkarlar indiyə qədər xammalı gömrük rüsumunu ödəmədən xammalı xaricə ixrac ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...