“Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə 530 dollar ödəməli olacaq”

“Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə 530 dollar ödəməli olacaq”


Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin İşlər müdiri, zəvvarların qrup rəhbəri Həmdulla Babayev deyib

Onun sözlərinə görə, artıq Səudiyyə Ərəbistanı bu barədə onlara rəsmi məlumat verib:

“Yalnız ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə vəsait ödəyəcək. Bu qayda Həcc ziyarətinə gedənlərə şamil olunmur”.
H.Babayev bildirib ki, artıq ümrə ziyarəti üçün müraciətlər var və sənəd qəbulu aparılır: “25 nəfərlik qrup düzəldikdən sonra bu ilin ilk ümrə ziyarətçiləri yola salınacaq. Zəvvarlar ümrə üçün bu il 1500-2500 ABŞ dolları ödəməli olacaqlar. Ötən il bu məbləğ 1200-2300 dollara bərabər idi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...