Ağsuda müəllim dəm qazından boğularaq ölüb

Ağsuda müəllim dəm qazından boğularaq ölüb


Ağsu rayonunda bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qəşəd kəndində qeydə alınıb. Kənd sakini, 1950-ci il təvəllüdlü Abdulhüseynov Oqtay Abduləli oğlu yaşadığı evin hamamında kustar üsulla quraşdırılan su qızdırıcısından içəri daxil olan dəm qazından boğulub.

Ailə üzvləri hadisədən gec xəbər tutublar və 66 yaşlı kişi dəm qazından boğularaq ölüb. Oqtay Abdulhüseynov Qəşəd kənd orta məktəbinin müəllimi olub. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...