Bu gün 2600 nəfər qan verib

Bu gün 2600 nəfər qan verib


Aşura günü ilə bağlı Azərbaycanda qanvermə aksiyası davam edir.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Lent.az-a açıqlamasında deyib ki, saat 13:00-a qədər olan məlumata görə, Azərbaycan üzrə 2600 nəfər qan verib.

Ə. Əlimirzəyeva bildirib ki, qanvermə aksiyasında iştirak etmək istəyən insanlar həkimlər tərəfindən müayinə olunur: “İndiyə qədər qan verənlər arasında özünü pis hiss edən olmayıb. İnsanlarda xroniki xəstəliklər, hipertoniya, ürək-damar xəstəlikləri varsa, yaxın vaxtlarda hər hansı əməliyyat keçiriblərsə, həkimlər ilkin mərhələdə bunu sorğu əsasında müəyyənləşdirirlər. Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndəriləcək və infeksiyaların olub-olmadığı yoxlanacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...