Valyutadəyişmə məntəqələri yenidən fəaliyyətlərini bərpa etməyə başlayıb?

Valyutadəyişmə məntəqələri yenidən fəaliyyətlərini bərpa etməyə başlayıb?


Bakıda qeyri-qanuni fəaliyyət göstərən valyutadəyişmə məntəqəsi var. Bu ilin əvvəlində Mərkəzi Bank tərəfindən ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edilərək, fəaliyyəti qadağan olundu.

Gundeminfo.az BAKU.WS-ə istinadən xəbər verir ki, lakin bununla belə, valyutadəyişmə məntəqələri yenidən fəaliyyətlərini bərpa etməyə başlayıb.

Belə valyutadəyişmə məntəqlərindən biri də hazırda “Xalqlar Dostluğu” metrosunun yaxınlığında fəaliyyət göstərir. Məntəqənin əməliyyatçısı heç bir banka tabe olmadıqlarını, müstəqil fəaliyyət göstərdiklərini bildirdi.

Halbuki banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq, bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bir müddət öncə “bu qərara heç bir dəyişiklik etməyib və valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır” kimi açıqlama da vermişdi.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov açıqlamasında bildirdi ki, bu kimi valyutadəyişmə məntəqələri qanunsuz fəaliyyət göstərir:

“Valyuta mübadiləsi əməliyyatları yalnız bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilə bilər. Həmin məntəqə isə güman ki, qanunsuz fəaliyyət göstərir. Biz həmin məntəqə ilə bağlı araşdırma aparıb, lazımi tədbir görəcəyik”.

Xatirladaq ki, valyutadəyişmə məntəqələrinin fəaliyyəti 2016-clı ilin əvvəlindən qadağan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...