Prokurorluq işçiləri “Naz-Lifan” alır - FOTO

Prokurorluq işçiləri “Naz-Lifan” alır -


Prokurorlar yeni avtomobildə gəzirlər

Ölkə başçısının hökumətin müşavirəsində məmurların və digər vəzifəli şəxslərin Naxçıvan Avtomobil Zavodu (NAZ) tərəfindən istehsal olunan “Naz-Lifan” alması barədə göstərişinə əməl edən qurumların sayı artır. Gununsesi.info-nun xəbərinə görə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən sonra Baş Prokurorluq da bu avtomobillərdən sifariş edib. Artıq prokuorluğun bir neçə idarə və şöbələrinin rəisləri üçün xidməti “Naz-lifan” alınıb.

1 oktyabr prokurorluq işçilərinin peşə bayramı zamanı bir çox prokurorlar Fəxri Xiyabana məhz yeni “Naz-Lifan”larıyla gəliblər.
Xatırladaq ki, Naxçıvan Avtomobil Zavodu hazırda 8 çeşiddə minik avtomobili istehsal edir.

İstehsal olunan modellər NAZ-Lifan 720, NAZ-Lifan 820 (Premium modellər), NAZ-Lifan 620, NAZ-Lifan 630 (sedan modellə), NAZ-Lifan X50 və X60 (SUV), NAZ-Lifan 320 və 330 (Mini) modelləridir. NAZ-Lifan 720 modelinin qiyməti 14 min manatdan, 820 modelinin qiyməti 22 min manatdan, X60 modelinin qiyməti də 14 min manatdan başlayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...