“Bank Standard”da 260 mindən çox fiziki şəxsin hesabı olub

“Bank Standard”da 260 mindən çox fiziki şəxsin hesabı olub


"Bank Standard" Kommersiya Bankında 260 mindən çox fiziki şəxsin hesabı olub. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib

Onun sözlərinə görə, müştərilərin bankda 520 mln. manatlıq əmanəti olub: “Bu əmanətlərin 460 milyon manatı qorunan əmanətlərdir. Qorunan əmanətlər heç bir təhlükə altında deyil", - deyə R.Aslanlı qeyd edib.

Direktorlar Şurasının sədri bildirib ki, bankda yerləşdirilən əmanətlərin böyük hissəsi xarici valyutada olub: "Bu əmanətlərin 38 milyonu manatda, 260 milyonu isə digər xarici valyutalardadır".

Rüfət Aslanlı onu da qeyd edib ki, qərar qalnız banka aiddir, “Standard İnsurance” sığrta şirkəti fəaliyyətini davam etdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...