Polisə yeni səlahiyyət verildi

Polisə yeni səlahiyyət verildi


Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilib.

AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
790 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...