"Qəbələ" - "Maynts" oyununun biletləri satışa çıxarılıb - 2-10 manat arası

"Qəbələ" - "Maynts" oyununun biletləri satışa çıxarılıb  -


Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qəbələ" ilə Almaniya "Maynts"ı arasında Bakıda keçiriləcək oyunun biletləri satışa çıxarılıb. Qəbələ klubunun rəsmi saytının məlumatına görə, biletləri bu gündən Tofiq Bəhramov adına Respublika stadionunun və oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarından almaq mümkündür.

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır. Sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
659 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...