Subsidiyaların veriləcəyi məhsulların siyahısı hazırlanır

Subsidiyaların veriləcəyi məhsulların siyahısı hazırlanır


[b]Sentyabrın 17-də Sabirabad rayonunda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına həsr edilmiş birinci ümumrespublika müşavirəsində qarşıya qoyulmuş vəzifələrin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icrasının təmin edilməsi məqsədilə nazirinin müvafiq əmri ilə işçi qrupu yaradılıb.[/b]

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işçi qrupu on gün müddətində beynəlxalq təcrübə nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıq və pambıq məhsullarının istehsalına və emalına görə hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi prosedurlarının müəyyən edilməsi, subsidiyaların verilməsinin istiqamətləri və məbləğləri, ayrılan subsidiyaların təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, barama istehsalına və tədarükünə, pambıq, tütün və digər texniki bitkilərin əkilməsinə və “Aqrolizinq” ASC, eləcə də digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştlə satılan mineral gübrələrə və pestisidlərə subsidiyaların verilməsi mexanizminin daha da təkmilləşdirilməsi barədə təkliflər hazırlayacaq.

İşçi qrupuna eyni zamanda müasir texnologiyalar əsasında məhsul istehsalının genişləndirilməsi məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına son məhsula görə subsidiyaların veriləcəyi məhsulların siyahısı, subsidiyaların verilməsinin şərtləri və məbləğləri barədə təklifləri də hazırlayaraq razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilməsi tapşırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...