Dollar dörd həftəlik minimumu yenilədi

Dollar dörd həftəlik minimumu yenilədi

Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsi ilə bağlı verdiyi qərardan sonra bu gün dolların Yaponiyanın milli valyutası olan yenə qarşı məzənnəsi 4 həftəlik minimuma enib.

APA xəbər verir ki, ticarət sessiyası ərzində dollar 100,10 yen səviyyəsinə çatıb. Bu isə avqust ayının 26-dan etibarən minimum göstəricidir. Daha sonra itkilərini bir qədər bərpa etməyi bacaran dollar hazırda 100,22 yen səviyyəsində qərarlaşıb. Avro isə 0,1% bahalaşaraq 1,1199 dollar səviyyəsində qərarlaşıb. Analitiklər FES-in ikigünlük iclasından sonra dərc olunan protokoldakı bəzi maraqlı məqamlara diqqət yetirirlər. Məsələn, belə məqamlardan biri ilin sonunadək uçot dərəcəsinin 2 deyil, 1 dəfə artırılacağıdır. Buna FES rəhbəri Canet Yellen də işarə edib.

Ekspertlər qeyd edirlər ki, qarşıdakı azı 3 ildə aqressiv şəkildə faiz artımını gözləməyə dəyməz. Bu fonda dolların bir qədər də zəifləyəcəyi proqnozlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...