Azərbaycanda ciddi sürüşmə təhlükəsi var?

Azərbaycanda ciddi sürüşmə təhlükəsi var?


“Ötən aylarda və sentyabrda düşən atmosfer yağıntıları Abşeron yarımadası istisna olmaqla, Respublikanın bir çox bölgələrində mövcüd sürüşmə və uçqun sahələrində aktivləşməyə səbəb olub”.

Bu barədə Azvisionş.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
O qeyd edib ki, yeni lokal tipli çökmə, sürüşmə proseslərin baş verdiyi sahələr aşkarlanıb.

“Sentyabr ayının ilk günlərində Respublikanın cənub bölgəsində apardığımız monitornqin nəticəsi olaraq sentyabrın 5, 6, 7-də düşən leysan yağışlarından sonra həmin ərazilərdə olan sürüşmə, uçqun sahələrində qismən aktivləşmə müşahidə edilib. Eyni ilə ucqar dağ kəndlərində sel prosesi nəticəsində bir çox kiçik çaylarda sel hadisəsi baş verib və sahil yol boyu yuma olub. Respublikanın digər bölgələrində ay ərzində montirinqlər davam etdirilib. Ayın axırında bütün Respublika üzrə olan materiallar aydınlaşacaq. Abşeron yarımadasında ciddi dəyişiklik baş verməyib. Ən təhlükəli ərazilərdən olan Zığ sürüşmə sahəsidir, burada monitorinq və müşahidə işləri davam etdirilir”.

S.Əmiraslanov bildirib ki, ay ərzində Zığ sürüşmə sahəsinin ayrı-ayrı lokal hissələrində çökmə, oturma proseslərinin təzahürləri müşahidə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...