Azərbaycanda bir neçə kanalın adı dəyişdi

Azərbaycanda bir neçə kanalın adı dəyişdi


Bu gün Region televiziyasının adının və brendinin dəyişdirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

AzVision.az-ın məlumatına görə, Region TV-nin direktoru İsmayıl Həsənov qeyd edib ki, 6 bölgə televiziyasının bir araya gəlməsi ilə yaradılan “Region TV” öz brendini yeniləyərək bundan sonra “ARB TV” adı ilə fəaliyyətini davam etdirəcək.

“Burada əsas məqsədimiz geniş auditoriyaya hesablanmış fərqli efir konsepsiyası təqdim etməkdir. Bunun üçün hər zövqə uyğun, bir-birindən maraqlı layihələrlə, ölkə və dünya gündəmini əks etdirən informasiya proqramları ilə tamaşaçıların qarşısına çıxacağıq. Peykdə yayımlanan tərəfdaşlarımız 3 tematik telekanal, adlarını yenilənmiş brendlərimiz “ARB”-yə uyğunlaşdırraq “TTV (Türkel TV)- “ARB 24”, “Alternativ TV”-“ARB Ulduz”, “Günəş TV”-“ARB Günəş” olaraq fəaliyyətini davam etdirəcək”.

TV rəsmis qeyd edib ki, tərəfdaşlıq etdikləri bölgə televiziyalarının adları da “ARB” brendinə uyğunlaşdırılıb. Belə ki, “Kəpəz TV”- “ARB Kəpəz”, “Kanal S” –“ARB Şəki”, “RTV”-“ARB Şimal”, “CTV”-“ARB Cənub”, “El TV- “ARB Aran” olaraq fəaliyyət göstərəcək.

Media tərəfdaşlıq layihəsinin tərkibinə Kəpəz FM radiosu da daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
852 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...