Manat bahalaşıb

Manat bahalaşıb


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 29-u ilə müqayisədə dəyişməyərək 1,6280 manat təşkil edib. Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,27% zəifləyərək 1,8188 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,4% bahalaşaraq 0,0252 manat olub. Türkiyə lirəsinin məzənnəsi 0,15% zəifləyərək 0,5507 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1304 manatdır. Beləliklə, funt sterlinq 0,28%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,77% azalaraq 0,7078 manat təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...