Azərbaycan səfiri Facebook səhifəsini bağladı: "Xoşagəlməz rəsmlər, arzuolunmaz mesajlar alırdım"

Azərbaycan səfiri Facebook səhifəsini bağladı:

Modern.az saytının məlumatına görə, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov özünün Facebook sosial şəbəkəsindəki profilini bağlamaq qərarına gəlib.

Səfir qərarını belə izah edib: “Hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən uğurlu xarici və daxili siyasət, Azərbaycanda gedən iqtisadi inkişaf, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən hümanitar layihələr, ölkəmizlə bağlı əlamətdar hadisələr, həmçinin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı, Xocalı soyqırımı və bu kimi digər məslələri işıqlandırmaq məqsədilə 2009-cu ildən Facebook-da şəxsi profil səhifəsi açmışam.
Yuxarıda qeyd edilən məslələrin sosial şəbəkələrdə yayılması və daha geniş təbliğ olunması məqsədilə Facebook-da göndərilən bütün dostluq təkliflərini qəbul etmişəm.

Təəssüflər olsun ki, qəbul etdiyim dostların bəziləri zaman-zaman məni müxtəlif xöşagəlməz rəsmlərə tağ ediblər, “inbox”a arzuolunmaz mesajlar göndəriblər. Son vaxtlar isə bu kimi hadisələr daha da intensivləşib və bu səbəbdən də 10.05.2015-ci il tarixindən etibarən Facebook səhifəmi bağlamaq qərarına gəldim”.

Modern.az-ın məlumatına görə, Daşqın Şikarov 1973- cü ildə Şamaxı rayonunda anadan olub. Bakı şəhərində 4 saylı Seyid Cəfər Pişəvəri adına fars təmayüllü məktəbi bitirib. Sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. Universiteti bitirdiyi illərdə Xarici İşlər Nazirliyinin xətti ilə İran İslam Respublikasında təşkil olunan diplomatik kurslarda iştirak edib.

Sonra XİN-nin o zamanalar İslam Konfransı Təşkilatı İdarəsinə (indi ikinci ərazi idarəsi) işə qəbul olunub.
1999-cu ildən 2001-ci ilə qədər İstanbulda baş konsulluqda işləyib. 2011-ci ildə yenidən XİN –nin ikinci ərazi idarəsinə qayıdıb. Həmin ilin sonunda onu Pakistan İslam Respublikasına üçüncü katib təyin ediblər. 2005-ci ildə yenidən Bakıya qayıdan Daşqın Şikarov XİN-in konsulluq idarəsində birinci katib olub.

2007-ci ilin mart ayında onu Pakistandakı səfirliyimizə birinci katib vəzifəsinə təyin ediblər. Daha sonra orada müşavir olub.
2011-ci ildə prezidentin sərəncamı ilə Daşqın Şikarov Pakistan İslam Respublikasına səfir təyin edilib. 2012-ci ilin aprel ayından isə eyni zamanda Əfqanıstana da səfir təyin edilib.
Evlidir, 3 oğlum var.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...