İnterpol FİFA-nın 6 məmurunu axtarışa verdi

İnterpol FİFA-nın 6 məmurunu axtarışa verdi

İnterpol ABŞ-ın sorğusuna əsasən FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı 6 nəfəri beynəlxalq axtarışa verib.

Azadliq.info bildirir ki, onlar korrupsiya və reketçilikdə ittiham olunurlar. FİFA-nın keçmiş vitse-prezidenti, trinidadlı Jack Warnerlə İcra Komitəsinin Paraqvaydan olan keçmiş üzvü Nicolas Leoz də onların arasındadır.

Qalan 4 nəfər isə argentinalı Alejandro Burzaco, Hugo və Mariano Jinkis qardaşları və Braziliyadan olan yayımın icraçı direktoru Jose Marguliesdir.

Bu arada ABŞ mətbuatı dünya futbol qurumundakı korrupsiya iddiaları ilə bağlı təhqiqat çərşivəsində FİFA prezidentinin fəaliyyətinin araşdırıldığını da xəbər verib.

Xəbər 79 yaşlı Cozef Blatterin istefaya çıxmasını elan etdikdən bir neçə saat keçmiş yayımlanıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...