“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTOLAR

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında -
“Respublikanski” kimi tanıdığımız Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsində övladını dünyaya gətirən 22 yaşlı Sara İsayeva doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşüb.

Bu barədə Bakupost.az –a qadının həyat yoldaşı, İkinci Qarabağ müharibəsi qazisi Orucəli Ağayev bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı oktyabrın 2-də qeysəriyyə əməliyyatı olunub:

“O, hamiləlik dövründə məhz bu xəstəxanaya gəlib. Həkimi Almaz adlı ginekoloq olub. Hamiləlik normal keçib. Qeysəriyyə əməliyyatını isə Almaz Qəhrəmanovanın qızı, ginekoloq Günel Qəhrəmanova üzərinə götürüb. Hamilənin birinci doğuşu olmasına baxmayaraq, ona qeysəriyyə təklif ediblər. Uşaq sağlam doğulub, ana palataya köçürülüb, ailəsi ilə görüntülü danışaraq, normal olduğunu deyib. Lakin 3 oktyabrda ona iynə vurulub və halı pisləşib”.

Və hər şey də bundan sonra baş verib...

Orucəli Ağayev deyir ki, ayın 3-də həyat yoldaşı ona mesaj yazıb:

“Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm. Biz sonradan ona zəng etdik, həkimi axtardıq, amma əlaqə yarada bilmədik. Axşam saat 7-də bizə bildirdilər ki, Sara reanimasiyadadır, vəziyyəti ağırdır. Günel Qəhrəmanova ilə əlaqə saxlanılanda bildirdi ki, "mən evə getmişəm, növbəm bitib, xəstə reanimasiyadadır". Ona dəfələrlə zəng etdikdən sonra xəstəxanaya gəldi və müxtəlif bəhanələr uydurdu ki, guya əvvəlcədən Saranın qanında infeksiya olub. Gecə saat 1-dən sonra reanimasiya şöbəsinin həkimi də, Günel həkim də bildirdi ki, xəstənizin qanında vurulmuş iynə nəticəsində parçalanma baş verir, infeksiya var. Burada qanı təmizləmək üçün lazımi plazmafarez, dializ avadanlığı yoxdur. Xəstə komaya düşüb, təcili buradan çıxarıb özəl xəstəxanaya aparılsın, yoxsa burada 1-2 saata öləcək”.

Qazi qeyd edir ki, gecə saat 3 radələrində şəhərin müxtəlif özəl və dövlət xəstəxanalarına müraciət ediblər:

“Heç bir xəstəxana xəstənin durumuna görə qəbul etmirdi. Yalnız "Liv Bona Dea" xəstəxanası onu qəbul etdi. İntensiv müalicə aparılsa da, hazırda trombositopeniya, qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə koma vəziyyətindədir. Müalicə ilə əlaqədar xəstəxanaya ödənilməli olan böyük maddi xərclər var. Hamı bilir ki, o xəstəxanada müalicə üçün 30-40 min pul lazımdır”.

Şikayətçi bildirir ki, həkim G.Qəhrəmanova həmin gecə xəstə yaxınlarına yalvararaq sağalanadək bütün xərcləri öhdəsinə götürəcəyini deyib:

“Cəmi 1 gün xərcləri ödədi. Sonradan dedi ki, heç bir ödəniş etməyəcəyəm, hara şikayət edirsiniz, edin. Hazırda 11 min borc yığılıb. Ödəniş olunmasa, aparatdan ayıracaqlar. Maddi imkanım vəsaiti ödəməyə imkan vermir. Həkimin səhvi ucbatından çıxılmaz duruma düşmüşük. Xahiş edirəm, aidiyyəti qurumlar məsələni nəzarətə götürsünlər".

Qeyd edək ki, Orucəli Ağayev İkinci Qarabağ müharibəsi qazisidir. O, “Xocavəndin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə" və"Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. Hazırda Qarabağ bölgəsində ön xətdə xidmət edir.

İddialarla bağlı Respublika Klinik Xəstəxanasının rəhbərliyi və adı çəkilən həkim G.Qəhrəmanova ilə əlaqə saxlamağa çalışdıq. Baş həkim Elviz Qasımovun ölkə xaricində olduğu bildirildi. Həkim G.Qəhrəmanova isə telefonlara cavab vermədi.
“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında -
“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında -
“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında -
“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında -
“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında -
“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında -

Mirqasımov adına Respublika Klinik xəstəxanasının mətbuat katibi Namidə İsayeva dünəndən göndərdiyimiz sorğuya bu gün cavab veriləcəyini dedi.
Məsələni nəzarətdə saxlayırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...