“SEPAH hansı qisasdan danışır? Sübut etsinlər!” - Ədalət Verdiyevdən SƏRT REAKSİYA

“SEPAH hansı qisasdan danışır? Sübut etsinlər!” -
Xəbər verdiyimiz kimi, SEPAH-ın rus dilində yayımlanan Teleqram kanalı prezident İbrahim Rəisinin həlak olması ilə bağlı paylaşım edib.

Paylaşımda yazılıb: “İntiqamın alınacaq, cənab Prezident!”

“TV Musavat”ın canlı efirinə qoşulan hərbi ekspert Ədalət Verdiyev qisasla bağlı səslənən fikirləri şərh edib:

“Hansı qisasdan danışırlar? Boşboğazlıq etməkdən başqa işləri-gücləri yoxdur. Getsinlər, aviasiya vasitələrini təmir etdirsinlər, prezidenti normal vasitələrdə havaya qaldırsınlar. Öz günahlarını başqalarında axtarmaq istəyirlər. Çünki prezidentin təhlükəsizlik və s. məsələlərinə SEPAH cavabdeh idi. Pilotlara da SEPAH cavabdeh idi. Fikri özlərindən yayındırmaq üçün belə nömrələrə al atırlar. Əgər müdaxilə varsa, ortaya sübut qoysunlar. Boşboğazlıq etmək yeri deyil. Baş vermiş faciədən doğru-dürüst nəticə çıxarıb, əsl günahkarları cəzalandırmaq lazımdır”.

Ə.Verdiyev günahkarların İran ərazisində yerləşdiyini bildirib:

“Heç bir kənar müdaxilədən söhbət gedə bilməz. Havada 3 eynitipli helikopter var idi, kimin hansı helikopterdə uçduğu da. Belə bəyanatı verən adam ortaya görüntü qoymalıdır. İsrail-HƏMAS münaqişəsində müşahidə edirik ki, hansı raketin hara uçduğu aydın görünür.

Xatırlayırsınızsa, SEPAH Ukrayna təyyarəsini raketlə vurmuşdu. Mülki təyyarəni hərbi təyyarədən seçə bilməyənlər qisasdan danışırlar. Bu, bir ölkə üçün qürur məsələsi idi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
228 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...