Azərbaycanda orta aylıq əmək haqqı 50 qəpik artıb – Rəsmi

Azərbaycanda orta aylıq əmək haqqı 50 qəpik artıb –

Bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 827 manat 90 qəpik olub.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-sentybar) müqayisədə 50 qəpik artıb. Belə ki, bu ilin yanvar-sentyar aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 827 manat 40 qəpik olub.

Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində ölkədə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:
Yanvar – 765,9 manat
Yanvar-Fevral – 768,3 manat
Yanvar-Mart – 809 manat
Yanvar-Aprel – 824,7 manat
Yanvar-May – 825,3 manat
Yanvar-İyun – 827,1 manat
Yanvar-İyul – 831,3 manat
Yanvar-Avqust – 829 manat
Yanvar-Sentyabr – 827,4 manat
Yanvar-Oktyabr – 827,9 manat



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
425 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...