Tərtərdə Ümummilli liderin xatirəsi dərin ehtiramla yad edilib

Tərtərdə Ümummilli liderin xatirəsi dərin ehtiramla yad edilib

Dekabrın 12-si Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri ilə birlikdə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə tanış olublar.
Tədbir iştirakçılarına müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyi bildirilib. Ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərindən danışılıb. Hazırda onun layiqli siyasi davamçısı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişaf etdiyini, sosial rifah səviyyəsinin xeyli yüksəldiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığı qeyd edilib.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 30 il işğal altında olan torpaqlarımızın azad edilməsində qazanılan tarixi Zəfərin məhz Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.
Hazırda qurucusu olduğu Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu, uzun illər erməni vandalizminə məruz qalmış doğma yurdlarımızın sürətlə dirçəldiyi, regionda sülhə, təhlükəsizliyə və rifaha hədəflənən irimiqyaslı işlərin həyata keçirildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə ölkənin hər yerində olduğu kimi Tərtər rayonun iqtisadiyyatında da böyük dönüş yaranıb. Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasından ibarət qəsəbə salınıb, rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng su anbarının tikintisi ilə maraqlanıb, rayonda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib.

Sonda tədbir iştirakçıları Ulu Öndərin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirib. Şəhərin Heydər Əliyev prospekti, Milli Qəhrəman Elman Hüseynov və Nizami Gəncəvi küçələrində keçirilən aksiyada 100 ədəd eldar şamı əkilib. Ağacəkmə aksiyasında YAP Tərtər rayon təşkilatının könüllüləri də fəal iştirak ediblər.

Burada keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib. Ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərindən danışıb. Hazırda onun layiqli siyasi davamçısı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişf etdiyini, sosial rifah səviyyəsinin xeyli yüksəldiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığını qeyd edib.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 30 il işğal altında olan torpaqlarımızın azad edilməsindən danışan rayon rəhbəri qazanılan tarixi Zəfərin məhz Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyini diqqətə çatdırıb.
Hazırda qurucusu olduğu Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu, uzun illər erməni vandalizminə məruz qalmış doğma yurdlarımızın sürətlə dirçəldiyini, regionda sülhə, təhlükəsizliyə və rifaha hədəflənən irimiqyaslı işlərin həyata keçirildiyini vurğulayıb.

Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə ölkənin hər yerində olduğu kimi Tərtər rayonun iqtisadiyyatında da böyük dönüş yaranıb. Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasından ibarət qəsəbə salınıb, rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng su anbarının tikintisi ilə maraqlanıb, rayonda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib.

Sonra Milli Məclisin deputatı Sahib Alıyev, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quluyev, Bərdə Regional Mədəniyyət Mərkəzinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək ömrünü Azərbaycanın inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin Vətənimiz qarşısında tükənməz xidmətlərindən bəhs ediblər. Bildiriblər ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməlini qoyub və bununla da adını qızıl hərflərlə ölkəmizin tarixinə yazdırıb. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə edib və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad olunub.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tərtərdə Ümummilli liderin xatirəsi dərin ehtiramla yad edilib
Tərtərdə Ümummilli liderin xatirəsi dərin ehtiramla yad edilib
Tərtərdə Ümummilli liderin xatirəsi dərin ehtiramla yad edilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...