Qarabağa 500-ə yaxın avtobus reysi həyata keçirilib

Qarabağa 500-ə yaxın avtobus reysi həyata keçirilib
Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 500-ə yaxın reys həyata keçirilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, bu reyslərlə 20 mindən çox sərnişin daşınıb.

Xatırladaq ki, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə biletlər www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn rejimdə satılır. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...