Arayik qondarma “nazirlər”in hamısını "vəzifə"dən çıxardı

Arayik qondarma “nazirlər”in hamısını "vəzifə"dən çıxardı
Erməni separatçılarının başçısı Arayik Arutyunyan Xankəndidə qurduğu qondarma “hökumətin” bütün “nazirlərini” vəzifədən azad edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Mikayel Hayriyan “səhiyyə naziri”, Norayr Musaelyan “kənd təsərrüfatı naziri”, Anahit Akopyan “təhsil, elm, mədəniyyət və idman naziri”, Armine Petrosyan “sosial inkişaf və miqrasiya naziri”, Hayk Xanumyan “ərazi idarəetmə və infrastruktur naziri”, Jirayr Mirzoyan “ədliyyə naziri”, David Babayan “xarici işlər naziri”, Aram Sarkisyan “şəhərsalma naziri”, Vahram Bağdasaryan “maliyyə və iqtisadiyyat naziri” vəzifəsindən azad edilib.

Həmin “vəzifələr”in icraı müvəqqəti olaraq “müavinlər”ə həvalə olunub.

Ehtimal olunur ki, Qarabağ separatçılarının yeni " nazirləri" bu yaxınlarda "dövlət naziri" təyin edilən milyarder Ruben Vardanyanla məsləhətləşdikdən sonra müəyyən ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
376 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...