Paşinyanın əmlakı ilə bağlı yoxlama başlayacaq

Paşinyanın əmlakı ilə bağlı yoxlama başlayacaq
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

“Report” xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazıb.

Qeyd olunub ki, məmurların gizli biznesi, daşınar və daşınmaz əmlakı ilə bağlı araşdırma aparılacaq.

Nəşrin məlumatına görə, MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən Baş nazir Nikol Paşinyan, Baş nazirin müavinləri, prezident, parlament sədri, deputatlar və başqalarının da adı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...