UNICEF Azərbaycana yeni nümayəndə təyin edib

UNICEF Azərbaycana yeni nümayəndə təyin edib

UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş nümayəndəsi Aleks Haykens bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.

“UNICEF-in Azərbaycan hökuməti ilə uzun müddət davam edən tərəfdaşlığını daha da gücləndirmək və ölkədə hər bir uşaq üçün daha yaxşı gələcəyi təmin etmək naminə birlikdə çalışmaq əzmindəyəm”, - deyə o bəyan edib.

Niderland vətəndaşı olan Haykens bundan əvvəl dörd il UNICEF-in Monqolustandakı nümayəndəsi olaraq fəaliyyət göstərib və uşaqların qorunması, sağlamlığı, qidalanması, su/sanitariya/gigiyena, təhsil, erkən uşaqlıq dövründə inkişaf, yeniyetmələrin həyat bacarıqları, sosial müdafiə, havanın çirklənməsi və iqlim dəyişikliyi kimi sahələri əhatə edən UNICEF-in Ölkə Proqramının icrasına rəhbərlik edib.

2020-ci ildən başlayaraq o, diqqət və səylərini hökumətin COVID-19 pandemiyasının uşaqlara təsirini aradan qaldırmaq səylərinə dəstək, COVID-19 peyvəndlərinin əldə edilməsinə yönəldib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...